27 sentyabr Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü yeni tamaşa ilə açacaq


Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan  Sumqayıt Dövlət Dram Teatrı  49-cu teatr mövsümünü yeni tamaşa ilə açacaq. 
Premyerası  keçiriləcək (Turgut Özakman) “Ocaq”  psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır.
Tamaşada rol alan   əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev,  Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev  psixoloji nüansları məharətlə  ifa edir.  Tamaşa 27 sentyabr saat 1900-da başlanır.
Baxılıb: 791 Tarix: 26-09-2017, 10:59