Bakı Mühəndislik Universitetində “Bir” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib


Noyabrın 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının Bakı Mühəndislik Universitetinin tələbələri üçün təqdimat mərasimi keçirilib.
300-ə yaxın tələbənin iştirakı ilə keçirilən təqdimat zamanı tələbələrin böyük əksəriyyəti könüllü olmaq üçün www.konullu.edu.az portalında qeydiyyatdan keçərək Proqrama qoşulub.

Tələbələrin böyük maraqla qatıldığı təqdimat zamanı iştirakçılara “Bir” Tələbə-Könüllü proqramı, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın əsas istiqamətləri və proqramınfəaliyyətlərində iştirak imkanları, BİR könüllü olmağın üstünlükləri haqqında məlumat verilib. İnteraktiv üsulla keçirilən təqdimatlar zamanı tələbələr könüllülük haqqında fikirlərini bölüşüb, kreativ təşəbbüslərlə çıxış ediblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.
Hazırda 36 ali və orta ixtisas təhsili müəssisələrini əhatə edən Proqram 10,500-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda təmsil olunmuşlar. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.

Baxılıb: 1 290 Tarix: 3-11-2017, 12:24