Sərt rəqabət şəraitində marketinq və satış qərarlarının verilməsi mövzusunda açıq seminar təşkil olunub




Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə  Business Group Ltd. marketinq və konsaltinq agentliyi tərəfindən Yusif Əliyevin moderatorluğu ilə  “Sərt rəqabət şəraitində marketinq və satış qərarlarının verilməsi” mövzusunda açıq seminar təşkil olunub.
Seminar distribusiya (pərakəndə, topdan satış, HoReCa və korporativ satış kanallarına malların satış/yayımı) fəaliyyətinə aid olan qərarların verilməsi mövzusunu əhatə edib. 
Seminarda  Azərbaycanda distribusiya və topdan satış sahəsində fəaliyyət göstərən  şirkətlərin marketinq və satış departamentinin əməkdaşları iştirak edib.
* HoReCa-(Hotel,Restaurant,Catering) - Qonaqpərvərlik və qida sektoru
Baxılıb: 590 Tarix: 19-04-2018, 15:04