Sabunçu rayonunda “ Milli Kino Günü “ ilə bağlı tədbir keçirildi



Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 02.08.2017-ci il tarixində Bakıxanov qəsəbəsində yeni salınmış istirahət parkında “Milli Kino Günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə RİH-nın başçısı Adil Vəliyev, RİHB-nın I müavini Güloğlan Məmmədov, müavinlər  Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, RİH Aparatının əməkdaşları, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova və yerli sakinlər iştirak etdilər.
Sabunçu rayon Icra Hakimiyyətinin başçısı Adil Vəliyev Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin əlilləri ilə görüşərək onların əl işləri ilə tanış oldu.
RİHB-nın müavini Rəna Fərəcova çıxış edərək, rayon sakinlərini bu əlamətdar gün münasibəti ilə təbrik etdi. O, çıxışında bildirdi ki, bu gün ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si Milli Kino Günü kimi qeyd olunur. Həmçinin çıxışda kino tarixindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olundu.
Daha sonra tədbir iştirakçıları açıq havada “Yol əhvalatı” filmini izlədilər.
Baxılıb: 254 Tarix: 14-09-2017, 20:34