Sabunçu rayonunda Bakıxanov qəsəbə sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi



  31.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə RİH-nin Bakıxanov qəsəbə nümayəndəliyində Bakıxanov sakinləri  üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbəinin əməkdaşları, Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM,  kardioloq, oftalmoloq, LOR, pediatr və ginekoloji müayinələrdən keçirilməklə 280 sakin müayinə edildi. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon verildi.
Beləliklə aksiya Bakıxanov qəsəbəsində yekunlaşdı.
Baxılıb: 196 Tarix: 14-09-2017, 20:39