27 -30 sentyabr Lənkəranda Beynəlxalq Turizm Günü ilə bağlı tədbir və fotosərgi təşkil olunacaqdır


Beynəlxalq Turizm Günü ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin və Heydər Əliyev Mərkəzinin iştirakı ilə 27 sentyabr tarixində saat 11:00-da Heydər Əliyev Mərkəzində tədbir və Cənub bölgəsinin turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət fotosərgi təşkil olunacaqdır. Eyni zamanda tədbirdə Lənkəranda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iştirak edəcək və öz çap məhsullarını nümayiş etdirəcəklər.
Tədbir 27 sentyabr tarixində saat 11:00 da başlayacaq, sərgi 30 sentyabr tarixinə kimi davam edəcək.
Baxılıb: 596 Tarix: 26-09-2017, 10:56