Bakı Mühənislik Universiteti Texnoparkı “Lean Startup” metodikasına əsaslanan “Startup Bootcamp” ı keçirib




Bakı Mühəndislik Universiteti Texnoparkında “Startup Bootcamp” ı  keçirilib. Bir günlük programda, gənc peşəkarlardan və fərqli universitetlerin tələbələrindən ibarət 23 iştirakçı 6 innovativ startap layihəsi üzərində çalışıblar.
“Startup Bootcamp” təşəbbüskarlara, ixtiraçılara və elm adamlarına “Design Thinking” (dizayn yanaşması) və “Lean Startup” (yalın startap) kimi metodikalardan istifadə etməklə öz innovativ biznes fəaliyyətlərinə başlamağın ən vacib vasitə və texnikalarını öyrədən bir günlük praktiki təlim proqramıdır. Bir günlük proqram ərzində iştirakçılar real biznes modelinin qurulmasında yarana biləcək hər hansı maneəni müəyyənləşdirmək və aradan qaldırmaq üçün lazım olan bacarıqlara yiyələniblər.

“Tez yıxıl, daha tez öyrən” şüarına əsaslanan proqramda iştirakçılar layihələrində tətbiq etdikləri alətlər və metodları öyrənərək bir gün ərzində praktiki bacarıqlar qazanıblar. İştirakçılar proqram təlimçisi Cəsur Həsənov və mentorların rəhbərliyi altında praktiki təlimlər keçərək “Startup Bootcamp” kampının sonunda qurduqları altı yeni innovativ biznes layihəsini (RockED, Chessy, Guide, Geyin, Grace və EvolutSport) startap ekosistemində təcrübəli münsif heyətinə təqdim ediblər. Qalib komanda mükafat olaraq Bakı Mühəndislik Universitetinin Texnoparkında inkubasiya proqramına qəbul edilib və startaplarının işkişafı üçün müxtəlif növ dəstək (ofis, 3 nəfərlik iş masası, komputer, internet, PR və şəbəkə dəstəyi) alacaqlar.
“Startup Bootcamp” kampında Social Innovation Lab dəstəkçi partnyor kimi iştirakçılara öz dəstəyini vermişdir.
Növbəti kamplarımıza qatılmaq üçün facebook səhifəmizi burada izləyin və eəlanlarımızdan xəbərdar olun.
Baxılıb: 945 Tarix: 27-11-2017, 12:16