AzTU-da keçirilən “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans yekunlaşıb

Azərbaycan Texniki Universitetində (AzTU) “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda noyabrın 28-də keçirilən 2-ci Beynəlxalq Elmi-texniki konfrans noyabrın 30-da yekunlaşıb.
Bölmə iclasları qurtardıqdan sonra yekun toplantısı keçirən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda keçirilən konfransın əhəmiyyətini qeyd edərək bütün təşkilatçılara öz təşəkkürünü bildirib.
 AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov konfransın uğurlarından danışaraq qeyd edib ki, 5 bölmə üzrə  təşkil olunan konfransa 350 müəllifin 200-dən çox məruzəsi təqdim olunub. Prorektor bölmə iclaslarını izlədiyini bildirib və iclaslarda məruzələrin maraqla dinlənildiyini vurğulayıb.
Tədbirdə bölmə iclasları rəhbərlərinin hesabatları dinlənilib və müzakirə olunub.
Sonda professor Xalıq Yahudov konfransın uğurlu keçirilməsinə görə təşkilat komitəsinə bir daha öz təşəkkürünü bildirib və konfransda məqalə ilə çıxış edən müəlliflərə  sertifikatlar təqdim edilib.

Baxılıb: 16 Tarix: 30-11-2017, 12:00