Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar DİM-də tədbir keçirilib




Fevralın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) Xocalı soyqırımının 26 cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

Mərasim Xocalı faciəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəşəriyyətə qarşı dəhşətli cinayət olan Xocalı soyqırımının ağır nəticələrindən, o cümlədən erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs etmişdir. Mərkəzin sədri bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Sədr əlavə edib ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin məhz soyqırım olduğunu təsdiq edir.

Tədbirdə daha sonra çıxış edən DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları bildiriblər ki, erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar və hərbi-siyasi təcavüz zamanı yüzlərlə həmvətənimiz həlak olub, mindən artıq nəfər isə girov götürülüb. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Baxılıb: 2 164 Tarix: 26-02-2018, 14:59